"Kəpəz" 4000 manat cərimə olundu

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Newsport.az xəbər verir ki, iclas zamanı aşağıdakı qərarlar qəbul olunub:

Azərbaycan Premyer Liqasının XIX turunun  “Kəpəz” – “Qəbələ” matçı başa çatdıqdan sonra “Qəbələ” futbol klubu  stadion ərazisini tərk edərkən yerli azarkeşlər tərəfindən klubun avtobusunun  şüşəsi sındırılmışdır. “Kəpəz”  klubu qonaq komandanın təhlükəsizliyini tam təmin etmədiyinə görə klub 4000 manat cərimə olunub.

Əvəzedici heyətlərin XIX turunun “Qarabağ” – “Zirə” matçında “Zirə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 400 manat, I Divizionun XVII turunun “Zaqatala” – “Xəzər” matçında “Xəzər” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat, Oyunun 90+2-ci dəqiqəsində “Zaqatala” klubunun 5 №-li futbolçusu Sahil Zeynalov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanıb və klub 240 manat cərimə olunub.

Bundan əlavə I Divizionun XVII turunun “Şüvəlan” – “Mil-Muğan” matçında “Şüvəlan” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat, oyunun 35-ci dəqiqəsində “Mil-Muğan” klubunun 10 №-li futbolçusu Samir Babayev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçuya 3 oyunluq cəza və klub 240 manat cərimə olunub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right