Ufuk Budak AFFA-ya müraciət etdi

Uzun fasilədən sonra yenidən Azərbaycan millisinə dəvət alan Ufuk Budak AFFA-ya müraciət edib.

Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müdafiəçi AFFA-ya müraciət edərək, milliyə çağırılmamasını istəyib. Buna səbəb isə, "Samsunspor"lu futbolçunun Türkiyə I Liqasında "Qaziantepspor"la matç zamanı ciddi zədə alması olub.

Müalicəsi başlanan Ufukun  milli komandaların oyunları üçün yaranmış fasilədən sonra keçiriləcək ilk oyuna qədər heyətə qayıtacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycan yığması martın 23-də Bakıda Belarusla, ayın 27-də isə Antalyada Makedoniya ilə yoldaşlıq görüşünə çıxacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right