"Qarabağ" və millimiz üçün xoş xəbər: Bədavi qayıdır!

"Qarabağ"ın və milli komandamızın üzvü Bədavi Hüseynov yaşıl meydanlarda qayıtmağa hazırlaşır.

Newsport.az-ın məlumatına görə, uzun müddətdir zədədən əziyyət çəkən futbolçu artıq məşqlərə başlayıb. 

Çempionlar Liqasının qrup mərhələsində "Atletiko" ilə Bakıdakı matçda zədə alan futbolçu "Qarabağ"ın düşərgəsində məşqlərə start verib. Fitnes zalında fərdi şəkildə məşqlər edən təcrübəli futbolçunu yazın zamanlarda meydanlarda görə bilərik. 

Onun tam hazır vəziyyətə gələcəyi tarix dəqiqləşməsə də, futbolçunun cari mövsümün son oyunlarında meydana çıxmağa hazır olacaq.

Qeyd edək ki, Bədavi Hüseynov Almaniyada əməliyyat olunub. 

futbol11.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right