"Qarabağ"la oyuna 3 xal üçün çıxacağıq" Rəhman Hacıyev

"Neftçi" Azərbaycan Premyer Liqanın 20-ci turu çərçivəsində qarşılaşacağı "Qarabağ"la oyunun hazırlığını davam etdirir.

Newsport.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, "ağ-qaralar" bu gün "Bakcell Arena”da məşq keçib. Yarımmüdafiəçi Rəhman Hacıyev Neftçi TV-yə açıqlamasında "Qarabağ"la oyun öncəsi fikirlərini bildirib:

"Sabah bizi çox çətin oyun gözləyir. İki oyundur qələbə qazanırıq. Komandada inam və istək var. Hər şey qaydasındadır. Meydana 3 xal üçün çıxacağıq. İnşallah, qələbə qazanarıq. Komandama inanıram".

Xatırladaq ki, martın 14-də "Bakcell Arena”da olacaq "Neftçi” – "Qarabağ” oyunu saat 18:00-da başlanacaq.






Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right