Ruslan Qurbanov: "Onlar bizim əlimizdən çörəyimizi aldılar" Müsahibə

Bu gün Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində "Keşlə" doğma meydanda "Qəbələ"ni qəbul edib. (1-0)
 
Newsport.az xəbər verir ki, oyundan sonra  “Qəbələ”nin hücumçusu Ruslan Qurbanov əməkdaşımızın suallarını cavablandırıb:
 
- Matçla bağlı nə deyəcəksən?
 
- Yaxşı və maraqlı oyun alındı. Sünii meydanda oynadığımızı bilirdik. Mən deyərdim ki, layiq olduğumuz qələbə qazanacaqdıq. Sadəcə, hakimlər oyundankənar vəziyyət olduğunu düşündü. 
 
- Epizoda sonradan baxdın? Səncə, ofsayd var idi?
 
- Mən qol vuranda 100 faiz deyə bilərəm ki, ofsayd yox idi. Təmiz qol vurmuşdum. Səhv hərkəsdə olur. 
 
- “Qəbələ” Filip Ozobiçin epizodunda baş hakimdən penalti istəyirdi. Səncə var idi, orada penalti?
 
- Onunla bağlı bir söz deyə bilmərəm. Çünki həmin epizodu görmədim. Oyundansonra təkrara baxdıq paltardəyişmə otağında. Deyə bilərəm ki, penalti də verilməli idi “Keşlə”nin qapısına. Əgər penalti vermirsənsə, Filip Ozobiçə simulyasiyaya görə sarı verməli idi. Nə “Keşlə”nin qapısına penalti verdi, nə də Ozobiçə sarı vərəqə. Belə şey isə olmur. 1:1 oynadığımıza görə üzgünük. Çünki yenə xal itirdik. Uzun fasilə olacaq. Hər şeyi yaxşı analiz edib, aprelin 2-dəki oyuna psixoloji cəhətdən hazır olmaq lazımdı.
 
- Penalti və ofsayd epizodunu nəzərə alsaq, demək olar ki, hakim sizə qarşı qərəzli idi?
 
- Deyə bilmərəm bu haqda heç nə. Hər bir insan səhv edə bilər. Amma bu cür görünən səhvlər etməyə bir söz tapmaq olmur. Hakimin qərarlarını müzakirə etmək istəmirəm. Onların rəhbəri var qoy o, müzakirə etsin onların işini. Sadəcə, demək istəyirəm ki, onlar bizdən üç xalı, qələbəni, çörəyimizi aldılar əlimizdən. Çoxdandı ki, qol vura bilmirdim. Bugün vurdum çox sevindim. Yan xətt hakimi bayrağı qaldıranda ona tərəf qaçmaq istədim. Üç sarı vərəqəm var idi, dördüncünü almamaq üçün ayaq saxladım və sakit qarşıladım bunu. İstəyərdim ki, onlar daha diqqətli olsunlar. 
 
- Qışdan sonra heç də yaxşı nəticələr qazana bilmirsiz. Komandada nə baş verir? 
 
- Bu bizi narahat edir. Hər oyunda qələbə qazanmağı çox istəyirik. Təəssüflər olsun ki, alınmır bu bizdə. Futbol hazırda elə səviyyəyə gəlib ki, hər komanda futbol oynaya bilir. Qələbə üçün hər şeyi etdik, sadəcə alınmadı.
 
- Qəbul edirsiz ki, çempionluq əldən gedib?
 
- Çempionluq barədə danışmaq istəməzdim. Həm siz, həm də biz bilirik ki, “Qarabağ” hazırda Azərbaycanın ən güclü komandasıdı. Xallar itirməkdə bəlkə də hardasa özümüz günahkarıq. İnanmıram ki, “Qarabağ” bu qədər xallar itirə. Bizim əsas hədəfimiz hər oyuna qələbə üçün çıxmaqdı. Sonda isə hər şey dəqiq görünəcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right