Pərdis Fərcad-Azad: "Komandamızda keyfiyyət var, ancaq tam göstərə bilmirik" Müsahibə

“Bu gün çox yaxşı futbol sərgilədiyimizi düşünürəm. Xüsusən də ikinci hissədə. Düşünürəm ki, bərabərə qalmağımız layiqli nəticədir”.

Newsport.az xəbər verir ki, bu sözləri "Keşlə" "Qəbələ" matçından sonra ev sahiblərinin futbolçusu Pərdis Fərcad Azad əməkdaşımızın suallarını cavablandırarkən bildirib:

-“Keşlə”nin şansları daha çox oldu

-Bəli, şanslarımız “Qəbələ”yə nisbətən daha çox oldu, lakin yararlana bilmədik. Fikrimcə, bəxtimiz gətirmədi.

-İkinci yarıda daha istəkli idiz. Bu nə ilə bağlı idi? Baş məşqçi bu tapşırığı vermişdi?

-Mən soyunub-geyinmə otağında olmadığım üçün baş məşqçinin hansı tapşırıqları verdiyini bilmirəm, lakin heyətdə birlik var. Sadəcə, bunu ortaya qoya bilmirik.

-Oyuna daxil olduqdan sonra tez-tez hakimə narazılığını bildirirdin. İdarəçilikdən razı qaldınmı bu gün?

-Oyunu idarə edən hakimi tanıyıram, qardaşdı. Lakin bəzi epizotlar oldu ki, hakimin gözündən yayındı. Onu da qınamaq olmaz. Çünki, insandı. Bu futboldur və belə halların yaşanması normal haldır.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right