Qriqorçuk "od püskürdü": "Penalti olduğu kosmosdan görsənirdi"

“Mən artıq bundan yorulmuşam. 3 ildi ki, eyni şey təkrarlanır”.

Newsport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

“Qırmızı-qaralar” Azərbaycan Premyer Liqasının XX turunda səfərdə “Keşlə”nin qonağı olub. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən ukraynalı mütəxəssis fikirlərini bildirib: “Mən sadəcə olaraq, başa düşə bilmirəm. Bu oyunda penalti olduğu kosmosdan görsənirdi. Belə vəziyyətdə nə deyəcəyimi bilmirəm. Fikirlərimi sözlə ifadə etməkdə çətinlik çəkirəm. Sonuncu dəqiqədə qol vurduq, amma sayılmadı. Əminliklə deyə bilərəm ki, təmiz qol idi. Hakimlərin “Qəbələ”yə qarşı belə mövqe tutmasını anlaya bilmirəm”.

- Əgər “Qəbələ” adi vəziyyətdə öz qapısına qol vurursa, bunda hakimlərin günahı nədi?

- Hakimliklə bağlı danışmaq istəməzdim. Biz digər rəqiblərdən üstünük. Düzdü, “Qarabağ” bizdən daha üstündü. Ancaq digər komandaları səviyyəcə üstələyirik. Demirəm, biz bütün komandaları rahatlıqla məğlub edirik. Xeyr, belə deyil. Bizdə qol fürsətlərini reallaşdırmaqla bağlı problemlər var. Demirəm ki, bizim qarşımızda heç kim dura bilməz, ancaq hakimlər bizə mane olur. Demək istədiyim odu ki, öz üzərimizdə çox işləməliyik, sadəcə, hakimlər reallaşdırmaq istədiyimiz şeylərə mane olur.

- Son iki oyunda Vernidub, bu gün isə Stankoviç səhvə yol verdi. Ümumiyyətlə, müdafiə xəttindən razsınız?

- Belə getsə, onlar bombardir olacaqlar. Ölkədə hücumçular 8 qolla bormabrdir olursa, bizim müdafiəçilər 1-2 oyun sonra avtoqollara görə bombardir olacaqlar. Səmimi danışsaq, hər iki futbolçunun oyun stilini bəyənirəm.

- Limit istədiyiniz heyəti seçməkdə nə dərəcədə əngəl olur?

- Hücumçularımız hamısı legionerlərdi. Biz qol vurmalıyıq. Buna görə, hücumçuya ehtiyacımız var. Bunun üçün digər mövqelərdə yerli oyunçulara şans verməyə məcbur oluram.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right