"Sumqayıt"da artım var

Premyer Liqada 2017/18 mövsümünün böyük bir hissəsi arxada qalıb. 

Newsport.az-ın məlumatına görə, 19 tur ərzində "Sumqayıt" 9 qələbə, 4 heç-heçə və 6 məğlubiyyətə imza ataraq 31 xal toplayıb və 4-cü pillədə qərarlaşıb.

Komanda geridə qalan 19 tur ərzində cəmi 8 ev oyunu keçirib ki, bu qarşılaşmaları da ümumilikdə 10578 nəfər azarkeş oyunu tribunalardan izləyib.

"Sumqayıt" bütün azarkeşlərinə komandanı tək buraxmadıqları üçün təşəkkür edib, 14 mart saat 20:00-da Premyer Liqanın 20-ci turu çərçivəsində doğma meydanda baş tutacaq "Sumqayıt" - "Kəpəz" matçında 90 dəqiqə komandanın yanında olmağa dəvət edib.

“Sumqayıt Arena"da keçirilmiş 8 oyun üçün azarkeş sayı aşağıdakı kimidi:

1. “Sumqayıt” FK – “Kəpəz” (1326 azarkeş)
2. “Sumqayıt” FK – “Neftçi” (1500 azarkeş)
3. “Sumqayıt” FK – “Qəbələ” (1300 azarkeş)
4. “Sumqayıt” FK – “Zirə” (1300 azarkeş)
5. “Sumqayıt” FK – “Keşlə” (1200 azarkeş)
6. “Sumqayıt” FK – “Səbail” (1326 azarkeş)
7. "Sumqayıt" FK – "Neftçi" (1300 azarkeş)
8. "Sumqayıt" FK – "Qarabağ" (1326 azarkeş)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right