Azərbaycan Premyer Liqasının 19-cu turunu nə qədər azarkeş izləyib?

Azərbaycan Premyer Liqasının 19-cu turunda qeydə alınmış azarkeş sayı bəlli olub.

Newsport.az xəbər verir ki, turda ən çox azarkeş Gəncə şəhər stadionunda qeydə alınıb. 5000 tamaşaçı “Kəpəz”in doğma meydanda “Qəbələ”yə minimal hesablı məğlubiyyətinin canlı şahidi olub.

Bu turda ən az azarkeş isə “Bayıl Arena”da keçirilən “Səbail” - “Sumqayıt” matçında qeydə alınıb. Qonaqların 1:0 hesablı qələbəsi ilə nəticələnən qarşılaşmanı cəmi 500 tamaşaçı tribunalardan izləyib.

Həftənin mərkəzi matçı olan “Qarabağ” - “Zirə” oyununa (2:0) da azarkeş marağı az olub. Suraxanıdakı “Azersun Arena”da keçirilən qarşılaşma cəmi 600 nəfərin diqqətini cəlb edib.

8-ci km stadionunda keçirilmiş “Neftçi” - “Keşlə” oyununda (3:2) isə 800 tamaşaçı qeydə alınıb.

Ümumilikdə, turun 4 qarşılaşmasını 6900 tamaşaçı izləyib ki, bu da, hər oyuna orta hesabla 1725 nəfər deməkdi.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right