"Neftçi" "Qarabağ" 71-ci duel

Neftçi" martın 14-də Azərbaycan Premyer Liqanın 20-ci turu çərçivəsində “Qarabağ”la qarşılaşacaq.

Newsport.az "Neftçi"nin rəsmi saytına istinadən xəbər verir ki, komandalar indiyədək 70 çempionat oyununda üz-üzə gəliblər. Bu görüşlərdən 18-də qələbə qazananan “Neftçi”,  27 oyunda məğlub olub. 25 görüş isə heç-heçə yekunlaşıb. Top fərqi də “Qarabağ”ın xeyrinədir – 77:63.

Bu mövsümün ilk hissəsindəki oyunlara gəlincə, “Neftçi” hər iki görüşdə meydanı məğlub tərk edib. “Bakcell Arena”da 1:3, “Azərsun Arena”da isə 0:1 hesabı qeydə alınıb.

Qeyd edək ki, “Neftçi” – “Qarabağ” oyunu “Bakcell Arena”da keçiriləcək və saat 18:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right