Elvin Yunuszadə: “Neftçi” ilə matça can-başla hazırlaşacam”

“Qarabağ”ın müdafiəçisi Elvin Yunuszadə evdə "Zirə"ni 2:0 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının 19-cu tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb. 

Newsport.az saytının məlumatına görə, qollardan birinin müəllifi olan təcrübəli müdafiəçi öncə oyunu dəyərləndirib:

- Düzdü, cari mövsümdə "Zirə" ilə oyunlarımızda bir heç-heçə, 2 qələbə qeydə alınıb. Lakin bu komandaya qarşı oyunlarımız həmişə çətin olur. Bu gün doğrudan da çox əziyyət çəkdik, işlədik. Çalışdıq ki, baş məşqçimizin tapşırıqlarını maksimum yerinə yetirək. Əsas 3 xal idi. Hər oyun bizim üçün çox vacibdi. Hamımız görürük ki, çempionatda asan oyun yoxdu. İstər "Sumqayıt", istərsə də "Kəpəz"lə qarşılaşmalarda çətinliklə üzləşdik. Artıq bu görüşü bir kənara qoymaq, "Neftçi" ilə növbəti oyuna hazırlaşmaq lazımdı. Bizi doğrudan da çox çətin oyun gözləyir. 

- "Zirə" heç vaxt "Qarabağ"ı məğlub etməsə də, bu gün daha rahat qələbə qazandınız. Arada səviyyə fərqi var, yoxsa...?
- Yox, belə deməzdim. "Zirə" də yaxşı futbolçulardan qurulmuş komandadı. Kənardan bəlkə asan görünə bilər. Hesaba baxıb belə demək mümkündü. Amma daxildə nə qədər əziyyət çəkdiyimizi görürük. Biz də onlara qarşı maksimum dərəcədə hazırlaşırıq. Ona görə də hər oyunda qalib gəlməyə çalışırıq. 

- Təslim olan təkcə "Zirə" deyil. Artıq "Qəbələ" də silahı yerə qoyub...
- Biz belə düşünsək, özümüzlə düşmənçilik etmiş olarıq. İndidən boşalmaq, rahatlaşmaq olmaz. Bir az boşalsaq, bu, özünü dərhal nəticədə göstərəcək. 

- Adətən, müdafiəçilər standart vəziyyətlərdə irəli çıxırlar. Lakin sən oyun epizodunda hücuma getmişdin. Bu, əvvəlcədən baş məşqçinin göstərişi idi, yoxsa özün alışıb-yanırdın?
- Bəzi epizodlarda sola baxıram, bir gözüm Qurban müəllimdə olur. Bir dəfə işarə etsə, rahatca irəli gedirəm. Həmin anda da hiss etdim ki, qol vura bilərəm. Ona görə də geri qayıtmadım. Sevinirəm ki, qol vuraraq, komandama az da olsa, xeyir verdim. 

- Demək olarmı ki, "Qarabağ"da ən yaxşı oyununu keçirdin?
- Mən heç nə deyə bilmərəm. Yaxşı tərəflərimə yox, səhvlərimə baxmalıyam. Bunu Qurban Qurbanov daha yaxşı bilər. 

- Keçmiş komandan "Neftçi"yə qarşı da oynayacağını düşünürsən?
- Can-başla hazırlaşacam. Baş məşqçimiz şans versə, çıxıb oyayacağam.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right