“Bu gün elə oyunlardan biri oldu ki, meydanda istədiyimizi edə bilirdik. Hətta, bəzi hərəkətlər və çalışmalar var idi ki, məşqdə etdiyimiz zaman alınmır, lakin bu gün alınırdı. Rəqibin necə oynayacağını bilirdik. Düzdür, daha çox qol vurmaq şanslarımız oldu, ancaq istifadə edə bilmədik. Buna baxmayaraq, sevinirəm ki, bu gün üç xal qazana bildik”.
Newsport.az xəbər verir ki, bu sözləri "Qarabağ" "Zirə" (2-0) görüşündən sonra ev sahiblərinin futbolçusu Maksim Medvedev jurnalistlərin suallarını cavablandırarkın bildirib:
-Bir neçə tur bundan öncə, hər kəs deyirdi ki, “Qarabağ” qol vura bilmir. Necə düşünürsən, irəliləyiş varmı?
-Desək ki, qol vəziyyəti yarata bilmirik, yalan olar. Çoxlu qol imkanlarınız olur, lakin bundan yararlana bilmirik. Bu gün isə çox az imkanımız oldu, lakin ikisin istifadə etdik və qol vurduq. Bu sevindirici haldır. Düşünürəm ki, irəlidə daha da yaxşı oyunlarımız olacaq.
-Ramil Şeydayev bu gün meydanda idi. Belə bir söhbət gedirdi ki, ona şans verilmir. Necə düşünürsən, özünü yaxşı tərəfdən dorulta bildimi?
-Baxmayaraq ki, ondan çox danışılır, lakin Ramil gənc biridir. Nə qədər çox oyun təcrübəsi olsa, bir o qədər onun üçün yaxşıdır. Öz üzərində çalışsa, daga yaxşı olacaq onun üçün. Çünki, qabiliyyətli futbolçudur.
-Son zamanlar fikirlər dolaşır ki, Ramil milliyə düşə bilmək üçün başqa kluba keçməlidir. Çünki, “Qarabağ”da ilk 11-likdə çox az-az görsənir.
-Fikrimcə, Ramil özü uşaq deyil. Bu haqda ən doru qərarı o, özü versə daha yaxşı olar. Ancaq məsləhət almaq istəsə, komanda da çox təcrübəli futbolçular var ki, ona yaxşı məsləhətlər verə bilərlər.
-Sən nə məsləhət görərdin ona?
-Məsləhətim o, olardı ki, öz üzərində daha çox işləsin. Komanda da hamı ilə yaxın olsun. Bəzən olur ki, utanır vı çəkinir, lakin bizim elə kollektivimiz var ki, kimnənsə kömək istəsən, sənə öz dostluq əlini uzadacaq. Təbii ki, istərdim aramızda qalsın. Çünki, istedadlı futbolçudur.
-Artıq, çempionluq uğrunda ən yaxın rəqibiniz sizdən 10 xal geri qalır. Oyununuzdan da görünür ki, daha rahatsınız.
-Düzdür, ən yaxın rəqibimiz bizdən 10 xal geri qalır. Bunun üçün də rahat idik bu gün. Lakin kim desə ki, 10 xal böyük fərqdir yalan olar. Çünki, qarşıda görüşlərimiz çoxdur. Nə olacaq, heç kəs bilmir. Fikrimcə, rahatlamaq olmaz.
-Milli haqqında düşünürsünüzmü?
-Xeyir, qarşıdakı oyunu düşünürük hal-hazırda.
-Qarşıda “Neftçi” ilə çətin oyun gözləyir sizi. Əvvəlki kimi derbi oyunu izləyə biləcəyikmi ? Necə düşünürsən, onların son zamanlar yaxşı formada olmağı, sizin üçün problem yaradmayacaq ki?
-Onlarla oyunumuz maraqlı olur. Çünki, “Neftçi” açıq futbol oynayır və qapanmır. Bu oyuna hazırlaşacağıq. Çalışacğıq ki, onları yaxşı analiz edək və məşqçinin verdiyi tapşırıqları yerinə yetirək. Son zamanlar yaxşı formadadırlar. Bu da bizi sevindirir. Ən azından, millinin futbolçuları var orada. Ümid edirəm ki, bizləri maraqlı oyun gözləyir.