Dani Kintana: "Biz çempionluğa addım-addım gedirik" Müsahibə

“Bugünkü oyunumuz çox xoşuma gəldi. Erkən vurduğumuz qol bizim xeyirimizə işlədi və bunun ardından ikinci qolu vurduq. Daha sonra isə həmişə olduğu kimi, bu dəfə də topa daha çox sahib çıxmağa başladıq. Bunun üçün də çox sevinirəm və düşünürəm ki, bu gün layiqli qələbə qazandıq”.

Newsport.az xəbər verir ki, bu sözləri "Qarabağ" "Zirə" matçından sonra ev sahiblərinin futbolçusu Dani Kintana jurnalistlərin suallarını cavablandırarkən bildirib:

-Oyun əsnasında, bir neçə dəfə mövqeyini dəyişdin.  Bu-nunla bağlı nə deyə bilərsən?

-Xüsusi bir tapşırıq yox idi.  Xoşbəxtlikdən məşqçi mənə meydanda sərbəst oynamaq şansı verir. Bu gün də meydanda sərbəst idim və bunun nəticəsi olaraq da qol vurmağı bacardım.

-Növbəti oyununuz, əzəli rəqibiniz “Neftçi” ilə olacaq. Bildiyimiz kimi, “Neftçi” bu gün çox yaxşı təsir bağışlayır. Sizcə, çətin olmayacaq ki, bu oyun?

-Bəli, bilirik ki, son zamanlar yaxşı formadadırlar. Atdıcıl qələbə qazanırlar, lakin biz, həmişə olduğu kimi, bu dəfə də meydana qələbə üçün çıxacağıq. Çünki, “Qarabağ” olaraq, bizim məqsədimiz həmişə budur.

-Çempionluq uğrunda sizinlə mübarizə aparan “Qəbələ” artıq, sizdən 10 xal geri qalır. Bu, gözlənilməz olmadı ki, sizin üçün?  Onların belə tez təslim olması.

-Düzünü desəm, təəcüblü  oldu. Llakin heç kəsi hesabdan silmirik.  Biz çempionluğa addım-addım gedirik. Bunun üçün də hər oyuna qalib gəlmək üçün çıxırıq. Qarşıda çox görüş var. Buna görə də rəqiblərə ciddi yanaşmaq lazımdır.

-Sizcə, irəlidə Mahir Mədətov daha yaxşı təsir bağışlayır? Yoxsa,  Ramil Şeydayev?

-Ümumiyyətlə, bu haqda danışmaq istəmirəm.  Bu haqda qərarları məşqçilər verirlər. Mənim üçün komanda da olan bütün hücumçular önəmlidir.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right