“Qarabağ”ın müdafiəsini yarmaq çox çətindir” - Ayxan Abbasov

Azərbaycan Premyer Liqasının 19-cu turunda səfərdə “Qarabağ”a uduzan (0:2) “Zirə”nin baş məşqçisi Ayxan Abbasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az xəbər verir ki, Abbasov öncə oyunla bağlı fikirlərini bildirib:

- Çətin oyun oldu. Bunu gözləyirdik. Çalışdıq ki, xal qazanaq, ancaq bacara bilmədik. “Qarabağ” səhvi bağışlamır. Bu barədə futbolçulara məlumat vermişdim. İkinci hissədə bəzi dəyişiklər etdim. Bunun xeyri olsa da, “Qarabağ”ın müdafiəsini yarmaq çox çətindi. Qış fasiləsindən sonra qələbə qazana bilməmişik. Çalışacağıq ki, növbəti oyunlarda qalib gələrək, bu vəziyyətdən çıxaq.

- Cinahlarda radikal dəyişikliklər etmişdiz. Bu məsələdə səhv etdiyinizi qəbul edirsiz?
- Xeyr, səhv etdiyimi düşünmürəm. Biz hər oyunda futbolçuları dəyişirik. Bu gün müdafiədə daha yaxşı olan oyunçulara üstünlük vermişdik. Çalışmışdıq ki, zonaları bağlayaq. Sıx qrafikdi. 4 gün sonra yenə oyunumuz var. Buna görə, bəzi dəyişikliklər etdik.

- Elşən Abdullayevi erkən əvəzləməyinizin səbəbi nə idi? Oyunundan narazı qaldız?
- Bəli, oyunundan narazı qaldım ki, dəyişdim.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right