Yunis Hüseynov: "Uşaqlarda bir az özünəinam çatışmırdı"

“Əfsuslar olsun ki, yenə 0:1 hesabı ilə məğlub olduq. Səhvlərimiz var, səhvlərsiz də futbol olmur. Amma komandadan razı qaldım, futbolçular mübarizə apardılar”. 

Newsport.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Yunis Hüseynov Azərbaycan Premyer Liqasının 19-cu turunda evdə “Qəbələ”yə uduzduqları oyundan sonra keçirilən mətbuat konfrasnında deyib.

Təcrübəli çalışdırıcı məğluibyyəti şərh edib:

“Qəbələ”nin oyunçularının fərdi şəkildə ustalıq səviyyəsi üstündür. Bizim komandada təcrübəsizlik də öz sözünü dedi. Uşaqlarda bir az özünəinam çatışmırdı. Son 15-20 dəqiqədə toparlana bildilər, epizodlar yaratdıq. Bununla belə qol vura bilmədik. Qarşıda oyunlarımız var, çalışıb həmin matçlara yaxşı hazırlaşacağıq. Rəqibi də təbrik edirəm”.





Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right