Derlis Meza Kolli: "Oyunların bir qəhramanı var, o da Lionel Messidir" Müsahibə

“Fikrimcə, baxımlı oyun alındı. İlk dəqiqələrdən qələbəyə köklənmişdik. Hər iki hissədə çox çətin oyun oldu. Rəqibimiz də qələbə qazanmaq üçün gəlmişdi, lakin sevinirəm ki, sonda biz qalib gələrək üç xalı aktivimizə yaza bildik”.

Newsport.az xəbər verir ki, bu sözləri "Neftçi" "Keşlə" (3-2) matçından sonra ev sahiblərinin futbolçusu Derlis Meza Kolli jurnalistlərin suallarını cavablandırarkən bildirib:

-Qardaşına qarşı oynayırdın. Sanki, bir az ehtiyatlı davranırdın ona qarşı.

-Həmişə qardaşımla eyni komanda da oynamışıq. Bu gün isə biz rəqib idik. Keçirdiyim hissləri sözlərl ifadə edə bilməyəcəm. Sualınıza gəlincə isə, bəli, ehtiyatlı davranırdım ona qarşı. Çünki, rəqibin ən yaxşı futbolçularından biri, hətta deyərdim ki, ən təhlükəli oyunçusu idi. Bunu qardaşım olduğu üçün demirəm.  Hər an məni aldadıb keçə bilmə ehtimalını nəzərə alaraq, ona qarşı ehtiyatlı davranırdım.

 -“Neftçi” qolları rəqib qapısından keçirirdi, lakin sonrada çox rahatca öz qapısında qollar görürdü. Burada problem nədədir?

- Görüşdən öncə baş məşqçimiz bizə söyləmişdi ki, onların ən çox təhlükə yaratdığı epizotlar standart vəziyyətlərdir.  Bizim burada çatışmamazlıqlarımız oldu, onlar da bundan yararlanaraq qapımıza yol tapdılar.

-Oyundan öncə, qardaşınızla bəhs etmişdinizmi ki, kimin qalib gələcəyi ilə bağlı?

-Yox, elə bir söhbətimiz olmayıb. Sadəcə, hər ikimiz çalışırıq ki, komandamıza xeyirimiz dəysin. Bütün günümüz bir yerdə keçir. Sabah da görüşdüyümüz zaman, yəqin ki, oyun haqda danışacağıq.

-Həm çempionatda, həm də kubokda Avrokuboklara şanslarınız qalır. Sizcə, hansında daha çoxdur şansınız?

-Demızdim ki, hansısa daha asandır. Hər ikisinin özünə görə çətin yönləri var. Rəqiblərimiz də güclüdür. Bunun üçün də uzun zamandır ki, öz üzərimizdə çalışırıq və çox şadam ki, bunun bəhrəsini də görürük.  Hər iki tərəfdə də sona qədər mübarizəmizi davam etdirəcəyik.

-Bu oyunun qəhramanı kimi adlandırardınız?

-Matçın qəhramanı kapitanı görürəm, lakin doğulandan bu günə kimi oyunların bir qəhramanı var, o da Lionel Messidir.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right