Kril Petrov: “Çox çətin qələbə qazandıq"

Bu gün Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində "Neftçi" doğma meydanda "Keşlə"ni qəbul edib.

Newsport.az xəbər verir ki, oyundan sonra ev sahiblərinin futbolçusu Kril Petrov jurnalistlərl görüş haqda fikirlərini bildirib:

“Çox çətin qələbə qazandıq. Buna baxmayaraq isə, əminəm ki, stadiona toplaşan azarkeşlər və ekran qarşısındakı izləyicilər maraqlı və gərgin oyunun şahidi oldular. “Keşlə” də bu gün sona qədər mübarizə apardı. Lakin sonda qələbəni ən çox istəyən tərəf qazandı. Bunun üçün də çox şadam. Artıq, ardıcıl ikinci qalibiyyətimizi qazandıq. Fikrimcə, komandamızda yüksək əhval-ruhiyyə var. Ümid edirəm ki, sona qədər bu vəziyyətdə davam edərik”.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right