Roman Qriqorçuk: "Əldə etdiyimiz özünəinam 3 xaldan daha vacibdi"

Azərbaycan Premyer Liqasının 19-cu turunda "Kəpəz" doğma meydanda "Qəbələ"ni qəbul edib.

 

Newsport.az xəbər verir ki, oyundan sonra qonaqların baş məşqçisi Roman Qriqorçuk CBC Sport kanalına verdiyi müsahibəsi zamanı bumları bildirib:

 

“Çox vacib qələbə qazandıq. Mən və komandam bu qələbə ilə fəxr edirik. Çünki bu qələbə elə bir dövrdə qazanılıb ki, həmin vaxt bir sıra hadisələr bizim üçün uğursuz cərəyan edirdi. Bu üzdən də belə vəziyyətdə qalib gəlməklə əldə etdiyimiz özünəinam 3 xaldan daha vacibdi. Cavid Hüseynovun oynamaması məşq zamanı zədələnməsi ilə bağlı idi. Bu, vacib bir anda, Cavidin bizə lazım olduğu vaxtda yaşandı. Yaxşı ki, qələbə qazandıq. Hüseynovu bu ad günü münasibətilə təbrik edirəm. Rasim Ramaldanovun meydana çıxmamasına gəlincə isə təhlillərim sayəsində futbolçuları tanıdığım üçün belə qərar verdim. Qarşılaşmanın hakimlərinə böyük hörmətim olsa da, onların sarı vərəqələrin göstərilməsinə baxışları ilə qətiyyən razı deyiləm. Oyun zamanı emosionallığım da bununla bağlı idi. Stiven Monroz hələ fərdi məşqlər edir, meydana nə vaxt qayıdacağını bilmirik”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right