Bir futbolçudan daha artıq – Davide Astori! YAZI+FOTOLAR

Ölməmək, əbədi qalmaq heç birimizin əlində deyil. Dünyanın bütün sakinləri bir gün ölümün dadını alacaq.

 

Image may contain: one or more people, shoes and outdoorImage may contain: 18 people, people standing, crowd and outdoor

 

Florensiya bu gün susqundur. Bu şəhərin komandası – “Fiorentina”nın kapitanı Davide Astori ötən günlərdə ürək tutmasından dünyasını dəyişdi. Bu gün isə 31 yaşda gözlərini əbədi yuman Astori son mənzilə yola salındı.

 

Image may contain: 10 people, crowdImage may contain: 53 people, crowd and outdoorImage may contain: one or more people, people standing, crowd and outdoor

 

Astori yaxşı futbolçu olmağı ilə yanaşı, örnək şəxs olub. İtaliyanın son zamanlar yetişdirdiyi yaxşı futbolçulardan biri hesab edilirdi. Davide Astori “Kalyari”də simvol hesab edilirdi. Daha sonra “Fiorentina”ya keçən müdafiəçi kapitanlığa qədər yüksələ bildi.

 

Image result for davide astori

Image result for davide astori

 

Yardım mələyi

 

Dünya futbolu təkcə yaxşı futbolçunu itirmədi. Həm də yaxşı bir insan aramızı tərk etdi. Tez-tez yardım kompaniyalarında iştirak edən Astori bu həyatda özündən az şansı olan insanlara kömək əli uzatmağı üçün borc bilirdi. 

 

Related image

 

Müasir futbolun tələblərinə uyğun idi

 

Bəlkə də fenomen futbolçu deyildi. Ancaq texniki və taktiki cəhətdən yaxşı idi. Solaxay futbolçu müasir futbola tam uyğun biri idi.

 

Image result for davide astori

 

Karyerasında iki hədəfi var idi

 

Astorinin iki hədəfi var idi: İtaliya millisinə dəvət almaq və karyerasına “Fiorentina”da nöqtə qoymaq.

 

Image result for davide astori

 

Xəyalını Çezare Prandelli gerçəkləşdirdi

 

2010-cu ildə İtaliya millisinin baş məşqçisi Çezare Prandelli Astorini Kot-d-İvuarla oyun üçün Astorini ilk dəfə yığmaya dəvət etdi. Bununla da müdafiəçinin xəyalları germəkləşmişdi. Bəs “Fiorentina” xəyalı?

 

Image result for davide astori italy national

 

Azarkeşləri üzməmək üçün rədd etdi

 

Astori ötən mövsüm yaxşı təkliflər almışdı. Ancaq xəyalındakı komandaya xəyanət etməmək üçün klubda qaldı.

 

 

Futbolçu ötən mövsüm Avropa Liqasının qrup mərhələsində Bakıda “Qarabağ”a qarşı keçirilən görüşdə 90 dəqiqə meydanda olmuşdu.

 

 

"Fiorentina" ölümündən sonra Astori ilə ömürlük müqavilə imzalayıb. Müqaviləyə əsasən, onun maaşını 2 yaşlı qızı və xanımı alacaq.

 

 

"Kalyari" və "Fiorentina" Davide Astorinin şərəfinə 13 nömərli formanı əbədiləşdirib.

 

 

SPORTAL.AZ





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right