“Qəbələ”nin “Kəpəz”lə 19-cu dueli

Martın 9-da Azərbaycan Premyer Liqasında 19-cu tura start veriləcək.

Newsport.az-ın məlumatına görə, turun ilk qarşılaşması Gəncədə keçiriləcək. “Qəbələ” səfərdə “Kəpəz”in qonağı olacaq. Bu qarşılaşma rəqiblərin 19-cu dueli olacaq. İndiyədək yalnız Premyer Liqa çərçivəsində üz-üzə gələn komandalar 18 dəfə görüşüb.

İlk dəfə 2011/12 mövsümündə qarşılaşan rəqiblərin əvvəlki duellərində “Qəbələ” daha çox – 7 qələbə qazanıb. 5 dəfə heç-heçə edən bu komanda 6 matçdan xalsız ayrılıb. Top fərqində də üstünlük “Qəbələ”nin tərəfindədi - 21:17. 10-cu dəfə “Kəpəz”in meydanında oynayacaq “Qəbələ” səfərdə 2 dəfə qalib gəlibsə, 3 dəfə bərabərliklə kifayətlənib və 4 dəfə meydanı xalsız tərk edib. Rəqib meydanında 10 qolu olan “Qəbələ” futbolçuları öz qapısından 11 top buraxıb. Gəncə klubu ilə qarşılaşmaların ən yaxşı bombardiri Baqali Dabodu. Onun hesabında 3 qol var. Famussa Kone və Ruslan Qurbanov hərəyə 2 dəfə fərqlənib.

2010/11 mövsümü

31.10.2010. Premyer Liqa. Gəncə - Qəbələ - 0:0

27.02.2011. Premyer Liqa. Qəbələ - Gəncə - 0:0

02.04.2011. Premyer Liqa. Qəbələ - Gəncə - 1:1

Murad Hüseynov, 26 // Junivan Suares, 56

12.05.2011. Premyer Liqa. Gəncə - Qəbələ - 0:0

2011/12 mövsümü

16.10.2011. Premyer Liqa. Qəbələ - Kəpəz (Gəncə) - 2:0

Deon Barton, 41, Dodo, 53

07.03.2012. Premyer Liqa. Kəpəz (Gəncə) - Qəbələ - 3:2

Sabir Allahquliyev, 72, Yuri Fomenko, 75, Junivan Suares, 87 // Lyuba Baranin, 32, Yannik Kamanan, 85

2012/13 mövsümü

15.09.2012. Premyer Liqa. Kəpəz (Gəncə) - Qəbələ - 1:0

Bəxtiyar Soltanov, 41

19.11.2012. Premyer Liqa. Qəbələ - Kəpəz (Gəncə) - 2:0

Viktor Mendi, 61, Rəşad Abdullayev, 66 (p.) 

2015/16 mövsümü

23.08.2015. Premyer Liqa. Qəbələ - Kəpəz (Gəncə) - 1:0

Ermin Zets, 6

01.11.2015. Premyer Liqa. Qəbələ - Kəpəz (Gəncə) - 1:2

Fakundo Pereyra, 69 //  Aleksandr Sitnik, 2, Dario Federiko, 90+4

30.01.2016. Premyer Liqa. Kəpəz (Gəncə) - Qəbələ - 3:0

Julien Ebah, 25, 75, Namiq Ələsgərov, 57

20.05.2016. Premyer Liqa. Kəpəz (Gəncə) - Qəbələ - 0:1

Aleksey Qay, 76

2016/17 mövsümü

08.08.2016. Premyer Liqa. Qəbələ - Kəpəz (Gəncə) - 2:0

Tellur Mütəllimov, 58; Baqali Dabo, 79 

17.12.2016. Premyer Liqa. Qəbələ - Kəpəz (Gəncə) - 2:1

Filip Ozobiç, 23 (p.); Ruslan Qurbanov, 83 (p.) // Tural Axundov, 77 (p.)

28.02.2017. Premyer Liqa. Kəpəz (Gəncə) - Qəbələ - 1:1

Şəhriyar Rəhimov, 36 // Renan Silva, 54 (ö.q) 

16.04.2017. Premyer Liqa. Kəpəz (Gəncə) - Qəbələ - 2:0

Julien Ebah, 70; Dario Federiko, 90+3

2017/18 mövsümü

29.09.2017. Premyer Liqa. Qəbələ – Kəpəz (Gəncə) – 0:2

Kərim Diniyev, 48; İlkin Sadıqov, 56

25.11.2017. Premyer Liqa. Kəpəz (Gəncə) – Qəbələ – 1:6

Kərim Diniyev, 56 (p.) // Baqali Dabo, 1, 54; Stiven Monroz, 14;  Famussa Kone, 40, 78; Ruslan Qurbanov, 65

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right