Rəşad Əzizli: "Son qələbədən sonra "Neftçi"də özünəinam artıb"

"Neftçi" Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində qarşılaşacağı "Keşlə” ilə oyunun hazırlığını davam etdirir.

Newsport.az-ın məlumatına görə, “ağ-qaralar” bu gün İsmət Qayıbov adına təlim-məşq bazasında məşq keçib. Qapıçı Rəşad Əzizli Neftçi TV-yə açıqlamasında "Keşlə” ilə oyuna hazırlığı dəyərləndirib:

“Son qələbədən sonra komandada özünəinam daha da artıb. Hər birimiz inanırıq ki, daha da yaxşı nailiyyətlər qazanmağa hazırıq. Azarkeşlərə təşəkkürümüzü bildiririk ki, son oyunda da bizə dəstək oldular. Onların sayəsində qələbə qazandıq. "Keşlə” ilə matçda da azarkeşləri tribunalarda görmək istəyirik, çünki onların dəstəyinə çox ehtiyacımız var”.

Xatırladaq ki, martın 9-da "Bakcell Arena”da olacaq "Keşlə” – "Neftçi” oyunu saat 18:00-da başlanacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right