Mahir Mədətovdan ilk: Tarixə düşdü FOTO

“Qarabağ”ın futbolçusu Mahir Mədətov Azərbaycan futbolunun tarixinə düşüb.

Newsport.az-ın məlumatına görə, milli komandamızın hücumçusu “Nike”la sponsorluq müqaviləsi imzalayıb.

Bununla da o, bu şirkətlə fərdi anlaşma imzalayan ilk azərbaycanlı futbolçu olub.

Qeyd edək ki, hələlik müqavilənin detalları və şərtləri barəsində açıqlama verilməyib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right