"Qəbələ"də ciddi itkilər

Azərbaycan Premyer Liqasının XIX turunda “Kəpəz”in qonağı olacaq “Qəbələ” səfərə ciddi itkilərlə yollanacaq.

Newsport.az saytının məlumatına görə, Stiven Monroz və Ruslan Qurbanov zədə səbəbindən bu matçı kənardan izləyəcək.

“Qəbələ”nin aparıcı müdafiəçisi Vojislav Stankoviçlə Yusif Nəbiyev isə cəzalı olduqları üçün komandasına kömək edə bilməyəcəklər. Cəzaları bitən Cavid Hüseynovla Qismət Alıyev isə Gəncədə meydana çıxa biləcəklər.

Qeyd edək ki, “Kəpəz” – “Qəbələ” oyunu  cümə günü saat 15:00-da başlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right