UEFA klublarımıza nə qədər pul ayırıb?

2017-ci il ərzində futbol klublarımıza UEFA tərəfindən ayrılan maliyyə vəsaiti açıqlanıb.

Newsport.az xəbər verir ki, bu barədə AFFA-nın Maliyyə və Mühasibat Departamentinin 2017-ci il üzrə İllik Hesabatında bildirilib. Ümilikdə məbləğin dəyəri, 37 milyon 48 min 16 manat təşkil edir.

Rəsmi sənədə əsasən, məbləğin 33 milyon 350 min 68 manatı "Qarabağ"ın, 1 milyon 570 min 640 mananatı "Qəbələ"nin, 996 min 626 manatı "Zirə"nin, 858 min 484 manatı "Keşlə"nin, hərəyə 202 min 957 manatı "Neftçi" və "Kəpəz"in, hərəyə 138 min 142 min manatı "Sumqayıt" və AZAL-ın ("Şüvəlan") hesabına köçürülüb.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right