"Sərt mübarizəmizi davam etdirəcəyik" - Rövnəq Abdullayev

Bu gün AFFA-nın növbəti hesabat konfransı keçirilir.

Newsport.az xəbər verir ki, konfransı giriş sözü ilə AFFA prezidenti Rövnəq Abullayev açıb. O, federasiyanın son bir ildə gördüyü işlərlə bağlı ümumi məlumat verib:

“UEFA AFFA-ya yüksək etimad göstərir. Bunda “Qarabağ”ın Çempionlar Liqasının qrupuna düşməsinin də rolu oldu. 
Avropa Liqasının finalı Bakıda keçiriləcək. Bundan əlavə, ötən ildə yığmamıza yeni baş məşqçi gətirildi. Qurban Qurbanova uğurlar arzulayıram.

Keçən ildə xoşagəlməz hallar da oldu. Danışılmış oyunlarla bağlı bir neçə şəxsi ciddi cəzalandırdıq, digərlərini də nəzərdə saxlayırıq. Bu məsələ ilə bağlı sərt mübarizəmizi davam etdirəcəyik”.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right