Rəşad Sadıqovla Samir Abasov Pro kursunun 6-cı modulunda FOTOLAR

Bakıda AFFA-nın təşkilatçılığı ilə UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun VI modulu başlayıb.

Newsport.az-ın məlumatına görə, isveçrəli mütəxəssis Dany Raiserin rəhbərlik etdiyi bu mərhələ martın 9-dək davam edəcək.

Qeyd edək ki, Pro kateqoriyalı məşqçi kursunda 11 nəfər - "Sumqayıt”ın baş məşqçisi Samir Abasov, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vüqar Məmməd, "Qarabağ”ın məşqçisi Elçin Rəhmanov, Ağdam təmsilçisinin kapitanı, 20 və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Rəşad Sadıqov,  18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Zaur Həşimov, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ramin Quliyev, "Mançester Yunayted” Futbol Məktəbinin baş məşqçisi Mik Bennett, "Xəzər”in baş məşqçisi Elşad Əhmədov, eləcə də Mahmud Qurbanov, Siyasət Əsgərov və Baba Əsgərov iştirak edirlər.

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right