Qurbanov köməkçisini Türkiyəyə göndərdi Budaka görə

Milli komandamızın baş məşqçisi Qurban Qurbanov köməkçisi Elçin Rəhmanovu Türkiyəyə göndərib.

Newsport.az-ın məlumatına görə, gənc mütəxəssis yığmamızın üzvü Ufuk Budakın oyununu izləmək üçün qardaş ölkəyə yollanıb. Rəhmanov Türkiyə birinci liqasının 26-cı turu çərçivəsində keçiriləcək "Samsunspor" - "Elazığspor" matçını canlı izlədikdən sonra 27 yaşlı milliləşdirilmiş futbolçunun hazırkı durumu barədə Qurbanova məlumat verəcək.

Qeyd edək ki, Budak sonuncu dəfə 2016-cı ildə Robert Prosineçki tərəfindən yığmaya çağırılıb.

Qol.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right