AFFA-dan hakimi döyən futbolçuya 10 oyunluq cəza

AFFA-nın İntizam Komitəsi bu gün keçirilən iclasında Region Liqasının “Energetik” – “Şəmkir”  qarşılaşmasında yaşanan qalmaqalın səbəbkarları cəzalandırılıb.

Newsport.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, meydan sahiblərinin iki futbolçusu ağır cəzaya məruz qalıb.

Regional Liqanın, “Energetik” – “Şəmkir” matçının 23-cü dəqiqəsində “Energetik”in futbolçusu Tural Məmmədzadə hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.

Oyunun 78-ci dəqiqəsində “Energetik”in futbolçusu Samir Əliyev aqresiv davranış, hakimə qarşı fiziki təsir göstərdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 10 oyun cəzalanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right