AFFA "Qəbələ" və "Neftçi"ni cərimələdi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Newsport.az-ın məlumatına görə, İK Azərbaycan Premyer Liqanın 18-ci turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

“Qəbələ” – “Neftçi” matçında qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Oyunun 83-cü dəqiqəsində “Qəbələ” müdafiəçisi Yusif Nəbiyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb. Klub isə 200 manat məbləğində cərimələnib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right