"Keşlə" - "Neftçi" matçının yeri dəyişdirildi

“Keşlə” klubu Peşəkar Futbol Liqasına müraciət edib.

Newsport.az-ın məlumatına görə, klub ev oyunlarını keçirdiyi “İnter Arena”da dövlət əhəmiyyətli tədbirin təşkilini əsas tutaraq Azərbaycan Premyer Liqasının XIX turunun matçının yerinin dəyişdirilməsini istəyib. PFL “Keşlə” klubunun müraciətini və “Neftçi”nin razılıq məktubunu nəzərə alıb, aşağıdakı qərarları qəbul edib:

Azərbaycan Premyer Liqasının XIX turunun “Keşlə” – “Neftçi” matçı 9 mart 2018-ci il tarixdə “Bakcell Arena”da keçirilsin.

XIX turda meydan sahibi “Neftçi” klubu, hər iki klubun iştirakı ilə dördüncü dövrənin matçında meydan sahibi kimi “Keşlə” klubu təsdiq edilsin.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right