Sumqayıtlıların problemi həll olunur: Nəzarətə götürüldü!

Azərbaycanda futbol şəhərləri var. Sumqayıt, Gəncə, Tovuz, Mingəçevir, Masallı, Zaqatala, Lənkəran və bu kimi digər şəhərlərdə futbolu daha çox sevirlər. Təəssüf ki, bu şəhərlərin indi çox az bir qismi elitada təmsil olunur. Təmsil olunan şəhərlərin də stadion baxımından problem var. Hazırda ən aktual problemlərdən biri Sumqayıtdadır. Belə ki, Samir Abasovun rəhbərliyi altında son vaxtlar çox uğurlu oyun sərgiləyən “Sumqayıt” klubunun azarkeşləri tam qəbul etmək üçün arenası yoxdur. Düzdür, Sumqayıtda Mehdi Hüseynzadə adına stadion Sumqayıtda yerləşir. Amma bunu qəbul etmək lazımdır ki, hazırkı şərtlər altında bu stadionun “Sumqayıt”a heç bir aidiyyatı yoxdur. 

Lakin hazırkı durumun düzəldilməsi üçün bir başqa yol tapılıb. Belə ki, "Kapital Bank Arena"da tez bir zamanda təmir və yenidənqurma işlərinə başlanacaq. Artıq arenaya baxış keçirilib və qərar qəbul olunub. “Sumqayıt”ın hazırda ev oyunlarını keçirdiyi stadionun ot örtüyü təbii olacaq. Eyni zamanda, ərazidə daha iki süni örtüklü meydança salınacaq. Əsas komandanın mübarizə aparacağı stadionun isə 4 tribunası olacaq. Və bununla da azarkeşlərin oyuna tam rahat baxması təmin olunacaq. Təmir işləri gedən zaman isə “Sumqayıt” AFFA-nın balansında olan “Dalğa Arena”dan yararlanacaq.

Futbol11.az 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right