“Vətən xaini deyilik ki, bağışlanmayaq” – Nizami Hacıyev

Premyer Liqanın 18-ci turunun “Qəbələ” – “Neftçi” matçını (1:2) izləyənlər arasında Nizami Hacıyevlə Rauf Əliyev də olub. 

Newsport.az-ın məlumatına görə, oyundan sonra N. Hacıyev müsahibə verib. Bir müddət öncə oyunların nəticəsinin manipulyasiyasına görə futboldan ömürlük kənarlaşdırılan Hacıyev həm sözügedən məsələdən danışıb, həm də Qəbələdəki oyuna gəlişinin səbəbini açıqlayıb.


- Artıq bir müddətdir ki, məlum məsələyə görə futboldan kənarda qalmısınız. Əvvəlcə bilmək istərdim, apellyasiya şikayəti verdiniz?

- Apellyasiya şikayəti vermişik. Amma hələ heç bir xəbər yoxdur, bir söz deməyiblər. AFFA rəhbərliyinə də məktub yazmışıq. Federasiyada çox yaxşı insanlar çalışırlar. Ümid edirik ki, bizim xeyirimizə qərar qəbul edəcəklər.

- Bir ara bağışlanacağınızla bağlı xəbərlər yayılmışdı. Belə bir şeyin ola biləcəyi nə dərəcədə real görünür?

- Bilirsiniz, bağışlamaq mərhəmət sahibi insanlara xas olan xüsusiyyətdir. Ümid edirəm ki, yaxın günlərdə hər şey bilinəcək. Biz kriminal iş görməmişik, yaxud da vətən xaini deyilik ki, bağışlanmayaq. Ölkəmizə xəyanət etməmişik. Ola bilər, nəsə xırda səhv olub. Varsa da, yaxın zamanlarda həllini tapar.

- Futbol üçün darıxırsınız?

- Təbii ki, darıxıram. İnanıram ki, tezliklə bizim xeyirimizə qərar qəbul olunar və yenidən futbola qayıdarıq.

- Rauf Əliyevlə birlikdə oyunu izlədiniz. Qəbələyə gəlişiniz sırf bu qarşılaşma ilə bağlıdır?

- Yox, Qəbələyə istirahət üçün gəlmişik. 2 gündür burdayıq. Qərara aldıq ki, gələk, oyuna baxaq. Çünki hər iki komandada tanış uşaqlar var. Mən özüm də “Qəbələ”də oynamışam. Elə-belə gəlib, baxdıq. Özümüz də kənarda oturmuşduq ki, sizin nişanınıza tuş gəlməyək. O da mümkün deyil. Hər yerdə junalistlər var (gülür). 

Qol.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right