"Səbail" "Kəpəz"ə qalib gəldi, "Sumqayıt" "Qarabağ"la bərabərə qaldı

Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 18-ci tura start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə iki görüş baş tutub. Səfərdə “Sumqayıt”la qarşılaşan “Qarabağ” meydanı heç-heçə ilə tərk edib - 1:1.

“Səbail” isə Nurlan Novruzovun dublu sayəsində səfərdə “Kəpəz”i məğlub edib - 2:0.

Əvəzedicilərin çempionatı, 18-ci tur

"Sumqayıt" – "Qarabağ" 1:1

Qollar: Ülvi İsgəndərov, 12 - Salman Cəfərov, 50.

"Kəpəz" – "Səbail" 0:2

Qollar: Nurlan Novruzov, 49 (pen.), 89.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right