Yuri Maksimov: "İstefa? Yox, belə fikrim yoxdu"

“Keşlə”nin baş məşqçisi Yuri Maksimov Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Newsport.az xəbər verir ki, paytaxt klubunun ukraynalı çalışdırıcısı 2:1 hesabıyla qalib gəldikləri qarşılaşmadan sonra bunları söyləyib:

“Güclü komandaya qarşı mübarizə apardıq. Çempionatda üçüncü yerdə olan komandaya qalib gəlmək bizim üçün pis nəticə sayıla bilmz. Heç-heçə üçün mübarizə aparırdıq, ancaq qələbə qazandıq. Bu oyunda bəxt də bizim tərəfində idi.

İstefa? Yox, belə fikrim yoxdu. Pablo Podio ilə bağlı məsələyə gəlincə, mətbuatda belə söhbətlər getmişdi ki, ona şans vermək istəmirəm. Özü də demişdi ki, məşqçidən soruşun. Bu gün ona şans verdim ki, hansı səviyyədə olduğunu hər kəs görsün. Kim daha hazırdısa, oynayacaq. Onun oyun tərzi məni qane etmir”.

 

 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right