Emin Mahmudov: "Qolda Vernidubun səhv ilə yanaşı mənim əziyyətim də böyük oldu" Müsahibə

Bu gün Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində "Qəbələ" doğma meydanda "Neftçi"ni qəbul edib. (1-2)

Newsport.az xəbər verir ki, oyundan sonra qonaqların futbolçusu Emin Mahmudov Qəbələyə ezam olunmuş əməkdaşımızın suallarını cavablandırıb:

-Uzun müddət olardı ki, qol buraxdıqdan sonra oyunun gedişini dəyişə bilmirdik. Lakin bu gün xarakter nümayiş etdirdik və sonda geri düşdüyümüz matçda  1-2 hesablı qələbə qazandıq. Bununla da sübut etdik ki, birlikdə olsaq, istənilən komandaya qalib gələ bilərik.

-İlk qol epizodunda Vernidubdan topu oğurladınız və sizin etdiyiniz bu hərəkət oyunun taleyini həll etdi.

-Düzdür, həmin qolda Vernidubun səhvilə yanaşı, mənim əziyətim də böyük rol oynayır.

-Bundan öncəki matçlarlnlzda, öyunun gedişini dəyişməyinizə nə mane olurdu?

-Heç nə mane olmurdu. Sadəcə, qol buraxdıqdan sonra komanda əl-qolunu yanına salırdı və nəticədə məğlub olurduq. Bu dəfə isə tamam fərqli oldu. Komanda xarakter göstərdi və biz vəziyyətdən çıxmağı bacardıq.

-Fasilədə baş məşqçi Tərlan Əhmədov sizə nə dedi ki, siz, ikinci hissədə qollar vuraraq qalib gəlməyi bacardınız?

-Təbii ki, narazıçılığını bildirdi. Biz də iradlardan nəticə çıxartdıq və ikinci hissədə baş məşqçinin istədiyi kimi oynamağa başladıq. Bu da yekunda özünü göstərdi və biz layiqli qələbə qazandıq.

Mərdan Həsənov





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right