Kamran Quliyev: "Onu bilirəm ki, bizləri maraqlı bir mübarizə gözləyir"

“Gərgin oyun keçdi.  Özünüz hər şeyi gördünüz. Fikrimcə, əlavə şərhə ehtiyac yoxdur. Adi epizotda qol buraxdıq. Lakin sonradan toparlanmağı bacardıq və layiqli qələbə qazandıq. Mübarizəni davam etdiririk. Avroliqa şanslarımız da qalıb. Komanda ümidlənib. Bunun nəticəsi olaraq da “Qəbələ”dən üç xal almağı bacardıq. Çünki, buradan tək-tük klublar sərfəli nəticə ilə geri dönürlər". 

Newsport.az xəbər verir ki, bu sözləri "Neftçi"nin yeni prezidenti Kamran Quliyev "Qəbələ" "Neftçi" görüşündən sonra əməkdaşımızın suallarını cavablandırarkın bildirib:

-Bu nəticəni gözləyirdinizmi?

-Bəli, gözləyirdik. Komanda artıq özünə gəlir. Bu, mənim gəlməyimlə bağlı deyil. Qıç fasiləsində müəyyən problemlər yaşandı. Lakin hal-hazırda komanda öz oyununu tapmağa çalışır.

-Yəni, “Neftçi”nin qayıtmağına ümid etmək olar ?

-Bəli, bayaq da dediyim kimi, biz çox çalışırıq. Gördüyünüz oyun “Neftçi”nin 60-70 faizidir. Biz bundan da yaxşısını bacara bilərik.

-Siz prezidentliyə gəlmədən öncə Qomez transferi reallaşdı, lakin gördüyümüz budur ki, qolları Mirabdulla Abbasov vurur. Bu haqda nə düşünürsünüz?

-Bu, sevindirici haldır. Demək, öz üzərində çalışır.

-Soyunub-geyinmə otağına getdiyinizdə səs-küy qopdu. Deyəsən, yaxşı mükafat vəd etmisiniz futbolçulara.

-Futbolçuları təbrik etdim. Qələbəyə görə sevinirlər. Mütləq nəsə olmalıdır ki, sevinsinlər? Təbii ki, stimul vacibdir ki, futbolçular daha ürəklə oynasınlar. Biz, ilk növbədə komandanın ab-havasını yaxşılaşdırmalıyıq. Bu da özünü biruzə verməkdədir.

-İlk hissədə komanda məğlub olurdu. Sizcə, nə çatışmırdı futbolçulrda ?

-Özünə inam. “Neftçi”də çıxış edən hər bir futbolçu bilməlidir ki, o, “Neftçi”nin şərəfini qoruyur. İstənilən rəqibə qarşı inamlı oynamaq vacibdir. Düşünürəm ki, belə oyunlar futbolçular üçün əlavə stimuldur.

-Ümumi ifadəni işlətməsək. Bu görüşün qəhramanı kimi sayırsızın?

-Bunu demək istəməzdim. Çünki, hər kəsin bu qələbədə payı oldu. Biz, ayrı-ayrılıqda heç kimi qeyd etmirik.

-Nə vaxtsa düşünürdünüzmü ki, Avroliqa uğrunda “Sumqayıt”la mübarizə apararsınız?

-15 dəqiqə sonra nə olacağını bilmirəm. Bu hardan bilərdim ki? Lakin onu bilirəm ki, bizləri maraqlı bir mübarizə gözləyir 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right