Namiq Ələsgərov: "Nəticədə biz də “Neftçi”yik" Müsahibə

"Çox çətin bir oyun oldu. “Qəbələ” çempionatımızda ən güclü komandalardan biridir. Hesabda geri düşməyimizə baxmayaraq, əziyətimizin bəhrəsini gördük. S ona qədər mübarizə apardıq və qələbə qazandıq".

Newsport.az xəbər verir kiŞ bu sözləri "Qəbələ" "Neftçi" matçından sonra qonaqların futbolçusu Namiq Ələsgərov Qəbələyə ezam olunmuş əməkdaşımızın suallarını cavablandırarkən bildirib:

-Vurduğun top qapı tirindən geri döndü. Bir qədər keçdikdən sonra komandanız qapısında qol gördü. Bu psixoloji təsir etmədi sənə?

-Təbii ki, heyfisləndim. Qol olsaydı daha yaxşı olardı. Lakin nə etmək olar? Bu, futboldur.

-Fikrimizcə, qış fasiləsindən sonra ən yaxşı oyununu keçirdin. Necə düşünürsən, formavı bərpa etmisən? Yoxsa, daha çox işləmək lazımdır.

-Yox, çalışıram ki, öz üzərimdə daha çox işləyim. İlk dəfə idi ki, qış fasiləsindən sonra əsas heyətdə meydana çıxırdım. Bundan sonra da ilk 11-likdə yerimi möhkəmləndirməyə çalışacam.

-Gələn mövsüm də burada qalmaq fikrin var?

-Bu haqda danışmaq istəmirəm. Əlbəttə ki, xarici klublarda hər kəs istəyər ki, çıxış etsin. Lakin hal-hazırda “Neftçi”dəyəm və buradakı uğurlarım haqda fikirləşirəm. Gələcəkdə nə olacağını zaman göstərəcək.

-Bu gün Qurban Qurbanov oyunu izləyənlər arasında idi. Necə düşünürsən onun diqqətini cəlb edə bildinmi?

-Əlbəttə, hər kəs istəyər ki, milli komandaya dəvət olunsun. Biz də bunun üçün çalışırıq.

-Səncə, “Qəbələ” üzərindəki qələbə bir az gözlənilməz olmadımı?

-Yox, elə düşünmürəm. Nəticədə biz də “Neftçi”yik. Hər bir komanda ilə başa-baş übarizə aparacaq gücümüz var.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right