Tərlan Əhmədov: "Bugünkü nəticə də göstərdi ki, düzgün yoldayıq"

Azərbaycan Premyer Liqasının 18-ci turunda səfərdə “Qəbələ”yə qalib gələn “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. 

Newsport.az xəbər verir ki, Əhmədov əvvəlcə oyunla bağlı fikirlərini bildirib:

- Komanda bu gün iradə, əzmkarlıq nümayiş etdirdi. Fikrimcə, bu gün layiqli qələbə qazandıq. Əvvəl də demişdim ki, pillə-pillə irəliləyəcəyik. Bura gəlib bizə dəstək olan azarkeşlərimizə təşəkkür edirəm. Oyun yüksək tempdə keçməsə də, yaxşı oynadıq. Uşaqların oyunundan razı qaldım, onları təbrik etdim. Üçüncü dövrə başlayanda da demişdim ki, komanda yavaş-yavaş inkişaf edəcək. Bugünkü nəticə də göstərdi ki, düzgün yoldayıq.

- Rəhbərlik dəyişdikdən sonrakı qısa müddətdə klubda nə dəyişib? 
- Bu barədə fikirləşməmişəm. Komandamın oyunlarına köklənmişəm. Bunlara vaxt ayırmıram. Klubun idarə heyəti, sponsorları, rəhbərliyi var. Dəyişikliyi onlar edib. Mən bu işlərə qarışmıram.

- “Qəbələ” həm də, kubokun yarımfinalında rəqibinizdi. Bugünkü matçdakı qələbə sizə finala vəsiqə qazanmaq baxımından nə dərəcədə inam yaratdı? 
- Qarşıda hələ oyunlarımız, fasilə var. Bu barədə düşünməmişik.

- Qapıda gah Səlahət Ağayevə, gah da Rəşad Əzizliyə şans verirsiz... 
- Bu gün Rəşad daha hazırlıqlıdı. Onun keçən oyunda şans qazanmamasına səbəb, qrip olması idi. Həm Rəşad, həm də Səlahət eyni səviyyəli qapıçılardı. Gələcəkd Səlahət də şans qazanacaq. Bu vaxt həmin şansdan istifadə edə bilər. Kim daha hazırlıqlıdısa, o da oynayacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right