"Neftçi" "Qəbələ"yə, "Keşlə" "Zirə"yə qalib gəldi Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında 18-ci tura yekun vurulub.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutub. 

Günün ilk matçı Qəbələdə keçirilib. Ötən tur gözlənilmədən səfərdə “Səbail”ə uduzan “Qəbələ” öz meydanında "Neftçi"ni qəbul edib. Roman Qriqorçukun komandası ötən turku məğlubiyyətin təsadüfi olduğunu sübut etməyə çalışsa da, buna nail ola bilməyib. "Qırmızı-qaralar" ilk hissəni öndə tamamlasa da, "Neftçi" sonradan 2 qol vuraraq qələbəni bayram edib.

Tura paytaxt derbisi ilə yekun vurulub. Bakıda keçirilən yeganə qarşılaşmada “Zirə” “Keşlə”ni sınağa çəkib. "Qəbələ"nin büdrəməsi "Zirə"yə ikinci yerdəki rəqibi ilə xal fərqini "əritmək" şansı yaratmışdı. Lakin 2018-ci ildə qələbə qazanmayan Ayxan Abbasovun yetirmələri uğursuz seriyanı davam etdiriblər. "Zirə" ardıcıl 11-ci görüşdə meydanı qolsuz tərk etməsə də, məğlubiyyətə düçar olub.

Azərbaycan Premyer Liqası

4 mart (bazar)

 

“Zirə” – “Keşlə” - 1:2 
Qol: 
Tərlan Quliyev, 13 (0:1), Elşən Abdullayev, 28 (1:1), Slavik Alxasov, 73 (1:2)
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Vüsal Qənbərov, Orxan Məmmədov
Zirə İdman Kompleksinin stadionu

“Qəbələ” – “Neftçi” - 1:2 
Qol: 
Elvin Məmmədov, 33 (1:0) Mirabdulla Abbasov, 57 (1:1), İqnasio Herrera, 73 (1:2)
Qırmızı vərəqə: Yusif Nəbiyev, 83 ("Qəbələ")
Hakimlər: Rauf Cabbarov, Vaqif Musayev, Vüqar Bayramov, Ömər Paşayev
Qəbələ şəhər stadionu





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right