Bəxtiyar Həsənəlizadə: "Bizim işimiz futbol oynamaqdır" Müsahibə

Bu gün Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində Sumqayıt" doğma meydanda "Qarabağ"ı qəbul edib. (1-1)
 
Newsport.az xəbər verir ki, "Sumqayıt"ın futbolçusu Bəxtiyar Həsənalizadə matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:
 
- Ağır oyun oldu. “Qarabağ” kimi komandaya qarşı oynamaq çətindir. Çalışdıq ki, müdafiədə diqqətli oynayaq. Əlimizə düşən fürsətləri qola çevirmək istədik, lakin 1 dəfə yararlandıq. Bu nəticə də bizi qane edir.
 
- Hiss olunurdu ki, “Sumqayıt” hava toplarına yaxşı hazırlaşmışdı…
- Oyundan öncə baş məşqçimiz “Qarabağ”ı analiz etmişdi. Cinahlardan və müdafiəçilərin arxasına ötürmələr edirdilər. Bunun qarşısını almaq üçün çalışmışdıq. Bir-iki epizodu çıxmaq şərtiylə pis oynmadıq. Rəqibə çox şans vermədik.
 
- Bu gün həm də bütün futbolçular millimizin baş məşqçisi olan Qurban Qurbanovun diqqətində idi… Bəs səndə necə, prinsipiallıq var idimi?
- Xeyr, məndə belə hiss yox idi. Ancaq hər bir futbolçu özünü millinin baş məşqçisinə göstərmək istəyər. Biz də çalışdıq ki, əlimizdən gələni edək. “Sumqayıt”ın uğuru və milliyə dəvət almaq üçün çalışırıq. Nə dərəcədə alındığına kənardan baxanlar qiymət verə bilər.
 
- Müdafiədə Rail Məlikovla oynamaq rahatdı, yoxsa Bəhlul Mustafazadə ilə?
-  Mənim üçün fərqi yoxdu. Seçim baş məşqçiyə məxsusdur. Hörmətlə yanaşmaq lazımdır. Bizim işimiz futbol oynamaqdır.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right