Qara Qarayev: "Avroliqaya iddialı bir kluba qarşı oynadıq" Müsahibə

“Qalib gələ bilmədik, lakin bilirdik ki, güclü bir kollektivə qarşı oynayırıq. Avroliqaya iddialı bir klubdur “Sumqayıt”.  Bir neçə oyunlarını izləmişdik. Həqiqətən də son zamanlar çox baxımlı futbol sərgiləyirlər. Çalışdıq ki, qələbə qazanaq, lakin alınmadı. Bəlkə də meydan amili də öz sözünü dedi. Çünki, son vaxtlar “Sumqayıt”a dəstək üçün  xeyli sayda azarkeş gəlir stadiona.  Ancaq  çempionluğa gedən yolda bu göstərici də pis nəticə deyil”.

Newsport.az xəbər verir ki, bu sözləri "Sumqayıt" "Qarabağ" görüşündən sonra qonaqların futbolçusu Qara Qarayev jurnalistlərin suallarını cavablandırarkən bildirib:

-Burada itirilən iki xal sizin üçün ciddi itki olmayacaq ki?

-Düşünmürəm, əsas odur ki, xalsız dönmürük. Halbuki xalsız da geri qayıda bilərdik.

-Kubok görüşündə “Sumqayıt”a məğlub olmuşdunuz. Bu iki matç arasında hər hansısa bir fərq var oldumu sizin üçün?

-Kubok və çempionat arasında fərqlər çoxdur. Orada iki mərhələ olur. Premyer Liqada isə vəziyyət tamam fərqlidir. Məncə, heç bir fərq olmadı. Hətta düşünürəm ki, son zamanlar ərzində ən yaxşı oyunumuzu nümayiş etdirdik.

-Qış fasiləsi bitdikdən sonra çıxdığınız görüşlərdə demək olar ki, hesab eyni olur. “Qarabağ”dan isə hər kəs daha çox qol gözləyir. Buna münasibətin necədir?

-Komandalar müdafiəyə xüsusi önəm verirlər. Fikir vermisinizsə, klubların əksəriyəti 5-li müdafiə sistemi ilə çıxırlar meydana. “Sumqayıt” da həmin komandalardandır ki, müdafiəyə çəkiləndə onlara qol vurmaq çətin olur. Hətta deyərdim ki, bir və ya iki qol vursan, bunu qənaətbəxş hesab etmək olar.

-Sabah “Neftçi” “Qəbələ”yə qalib gəlsə, çempionluğun taleyi demək olar ki, həll olunacaq. “Qarabağ” çempion olmaq uğrunda iri addımlar atmış olacaq.

-Düzdür, lakin çempionat bitməyib və irəlidə çox oyunlarımız var. Çalışacağıq ki, sona qədər mübarizə aparaq. Çünki, bu bizim özümüz üçün də çox önəmlidir. Qarşıda millinin oyunları var və biz formada olmalıyıq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right