"Səbail"in baş məşqçisi Samir Əliyev Azərbaycan Premyer Liqasının XVIII turunda "Kəpəz"ə səfərdə 1:2 hesabı ilə yenildikləri matçdan sonra mətbuat konfransı keçirib.
Newsport.az xəbər verir ki, gənc mütəxəssis ilk öncə oyun haqda danışıb:
- "Qəbələ" üzərində qələbədən sonra komandamızda heç bir etforiya oyandı. Onda rəqib bizdən yaxşı oynamışdı. Bizim isə bəxtimiz gətirmişdi. "Kəpəz" bu gün qələbəni daha çox istəyridi və onu qazandı. Bu münasibətlə rəqibi təbrik edirəm və uğurlar arzulayıram. Xeyli səhvimzi oldu. Onlar üzərində işləməliyik.
- Səhvlər deyəndə, əsas nəyi nzəərəd tutursunuz?
- Talktiki səhvlərdən gedir. Belə götürəndə, çox qol vəziyyəti yaratmadıq.
- Buraxdığınız qolları necə şərh edərsiniz?
- Biri penaltidən oldu, digəri uzaq məsafədən zərbədən. Qollara baxıb təhlil etməyimiz lazımdı. Yolumuza davam edəcəyik. Məqsədimiz məlumdu.
- Nədi məqsədiniz?
- Komanda formalaşdırmaq, layiqli mübarizə aparmaq. Bu oyunu unudub, səhvlərimizi təhlil edib növbəti matçlara daha yaxşı hazıraşmalı, oynamalıyıq.
- Siiz "texniki zona"da çılığın görmüşük. Ancaq bu oyunda belə deyildiniz. Xüsusilə də ikinci hissədə qol buraxdıqdan sonra...
- Razıyam, əvvəlki kimi çılğın deyildim. İstəyirəm ki, bir az sakit olum, çılğınlığımı azaldım ki, futbolçular da sərbəst oynasınlar.
- Ancaq bu oyun göstərdi ki, futbolçular sərbəst çıxış edəndə, belə nəticə olur...
- Nə etməliyəm ki? Gərək bütün oyunu qışqırım? Futbolçularımıza oynamaq üçün sərbəstlik vermək lazımdı. Sadəcə, 2-ci qolu buraxdıqdan sonra özmüdə ruh düşkünlüyü yarandı ki, bu da rol oynadı. (Sport24.az)