"Uğura köklənmişik" - Yunis Hüseynov

Bu gün keçirdiyi məşqlə “Kəpəz” Premyer Liqann 18-ci turunda “Səbail”ə qarşı keçirəcəyi oyunun hazırlığını başa vurub.

Newsport.az-ın xəbərinə görə, mətbuat və azarkeşlər üçün açıq olan məşq prosesindən sonra komandanın baş məşqçisi Yunis Hüseynov matç öncəsi fikirlərini klubun saytına bölüşüb:

“Üç oyundur ki, məğlub oluruq. Ona görə gəncəli futbol azarkeşlərini sevindirmək istəyirik. Komandamız uduzduğu matçlarda meydanda pis təsir bağışlamayıb, sadəcə, qol vura bilməmişik. Düşünürəm ki, sabah xal götürə biləcəyik. Futbolçulara inanıram. Uğursuzluq zolağından çıxmaq istəyiriksə, xal qazanmaq mütləqdir. Uşaqların özünə inamını qaytarmaq üçün uğura köklənmişik. Maksimum şəkildə gücümüzü göstərməliyik. Oyuna qaydasında hazırlaşmışıq, əhval-ruhiyyə yaxşıdır. Zədəsinə görə Dieqo Souza komandaya kömək edə bilməyəcək. Digər oyunçular mübarizəyə tam hazırdılar”

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right