Dünən U-16 Liqasında 22-ci turun oyunları keçirilib. Bununla eyni zamanda 2-ci dövrəyə yekun vurulub. «Səbail»in istirahət etdiyi turda 5 oyunun 4-də meydan sahibləri qələbə qazanıblar. Yalnız «Neftçi» İK İB qonaq etdiyi «Qəbələ»ni 3 xalla yola salıb:
«Vətən» - «Qarabağ» 3:1
«Keşlə» - «Turan» 3:2
«Sumqayıt» - «Zirə» 2:0
«Neftçi» İK İB – «Qəbələ» 2:5
«Neftçi» - «Kəpəz» 2:0
Bombardir: Emil Quluzadə («Vətən») -16 qol.
U-16 Liqasında 23-cü turun oyunları martın 8-də keçiriləcək: «Neftçi» - «Qarabağ», «Keşlə» - «Kəpəz», «Neftçi» İK İB – «Turan», «Sumqayıt» - «Qəbələ», «Səbail» - «Zirə». Oyunların başlama vaxtı və keçiriləcəyi yerlər haqqında əlavə məlumat verəcəyik.
"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".
«Het-trik news»