"Qəbələ" ilə oyunda öz sözümüzü deyəcəyik" - Ruslan Abışov

Azərbaycan Premyer Liqanın 18-ci turunda “Qəbələ” ilə qarşılaşacaq “Neftçi” bu gün İsmət Qayıbov adına təlim-məşq bazasında məşq keçib.

Newsport.az-ın xəbərinə görə, komandanın kapitanı Ruslan Abışov “Neftçi TV”yə açıqlamasında “Qəbələ” ilə oyuna hazırlığı dəyərləndirib: 

“Hazırlıq yaxşı keçir, futbolçular həvəslə məşq edirlər. Bilirik, çətin səfər matçı olacaq. “Qəbələ” çempionluğa oynayan komandadı, buna görə də bizi çətin görüş gözləyir. “Zirə” ilə oyunda buraxdığımız səhvlərdən nəticə çıxarıb, bu qarşılaşmada qələbə qazanmalıyıq. Futbolda məğlubiyyətlər, heç-heçələr olur, amma önəmlisi budur ki, belə vəziyyətlərdə komanda şəklində bir olaq, toparlanıb qarşıdakı oyunlara yaxşı hazırlaşaq. Çox şükür ki, bu cəhətdən problemimiz yoxdur. Hər şey qaydasındadır, futbolçuların vəziyyəti yaxşıdır. İnanıram ki, martın 4-də komanda olaraq öz sözümüzü deyəcəyik”.

 Qeyd edək ki, martın 4-də Qəbələ şəhər stadionunda olacaq “Qəbələ” – “Neftçi” oyunu saat 15:30-da başlanacaq.








Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right