Millimiz Ukrayna ilə qarşılaşacaq

17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının martın 3-dən 9-dək Bakıda təlim-məşq toplanışı olacaq.

Newsport.az saytının məlumatına görə, hazırlıq prosesi çərçivəsində yığmamız Ukraynanın müvafiq yaş qrupundan ibarət komandası ilə 2  yoldaşlıq oyunu keçirəcək.

Komandalar martın 6-da saat 16:00-da Dalğa Arenada, martın 8-də isə saat 11:00-da  Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right