Dünya reytinqi: Bizim məşqçilər neçəncidir?

Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

Newsport.az-ın məlumatına görə,  "World Coach Ranking" saytının təqdim etdiyi siyahıda Azərbaycandan  üç məşqçi - Qurban Qurbanov ("Qarabağ"), Roman Qriqorçuk ("Qəbələ") və Ayxan Abaasovun ("Zirə") adı yer alıb.
 
Onlardan ən yaxşı nəticə Qurban Qurbanova məxsusdur. 45 yaşlı mütəxəssis 1169 xalla 491-ci (+8)  pillədə qərarlaşıb. R.Qriqorçuk 255 xalla 939-cu (+2), A. Abbasov 217 xalla 991-cidir (-2).
 
Qeyd edək ki, reytinq siyahısına "Real"ın çalışdırıcısı Zinəddin Zidan (18 min 467 xal) başçılıq edir. Renato Qauşo ("Qremio")  14 min 174 xalla 2-ci, Ernesto Valverde ("Barselona") 13 min 642 xalla 3-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right