"Neftçi"nin zədəlisi sıraya döndü

Türkiyədə təlim-məşq toplanışı zamanı 21 yaşlı futbolçulardan ibarət millimizin heyətində zədə alan Elnur Cəfərov sıraya  dönüb.

Newsport.az saytının məlumatına görə,  gənc yarımmüdafiəçi dünən komandaya qoşulub və digər futbolçularla birgə məşqlərə start verib. Baş məşqçi Tərlan Əhmədov şans verəcəyi təqdirdə Elnur "Qəbələ"yə qarşı matçda forma geyinə bilər. 

Bundan başqa, Premyer Liqanın 16-cı turu çərçivəsində "Sumqayıt"la matçda qırmızı  vərəqə görən və 3 oyunluq cəzalandırılan Rəşad Sadiqovun "Qəbələ"yə qarşı oynamayacağı dəqiqdi.

Burnundan əməliyyat olunan Məhəmməd Mirzəbəyov isə fərdi məşqlərlə kifayətlənir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right