"Hər kəsə sübut edəcəyik ki, A Liqasına təsadüfən düşməmişik” Millimizin hücumçusu

“Uzun zamandır gözlədiyimiz an gəlib yetişib. Məşqlərə start verilib. Yaxın günlərdə iclas da oldu və baç məşqçi Zeynal Zeynalov yenidən milli komandanın sükanı arxasına keçdi. Təbrik edirəm onu. Ümid edirəm ki, qarşımıza qoyulan mıqsədə çata biləcəyik və hər kəsə sübut edəcəyik ki, A Liqasına təsadüfən düşməmişik”.

Newsport.az saytının məlumatına görə, bu sözləri çimərlik futbolu üzrə milli komandamızın futbolçusu Renat Sultanov əməkdaşımızın suallarını cavablandırarkən bildirib:

-Əsas məqsədiniz nədir?

-Qabağcadan danışmaq istəmirəm. Əsas məqsədimiz, bayaq dediyim kimi bacardığımız qədər çox oyunda qalib gəlib irəliləməkdir. Çalışacağıq ki, B Liqasında qazandığımız nəticələri, A Liqasında da əldə edək.

- İki Liqa arasına kifayət qədər fərq var. Bu, sizə çətinlik yaratmayacaq ki? 

- Fikrimcə, olacaq. Çünki ustalıq səviyyəsi baxımından A Liqası tamam fərqlidir. Burada yaxşı nəticələr əldə etmək üçün kifayət qədər texnikalı olmaq lazımdır. Çalışacağıq ki, üzərimizdə daha çox çalışaq və yüksək nəticələr əldə edək. 

- Futzal çempionatında bombardirsən. Burada necə, sənə çətin olmayacaq ki ? 

- Açığı, futzal çempionatında bombardir olmağı düşünmürdüm. Çünki komandam üçün oynamışam və fürsət düşdükcə qollar vurmuşam. Elə bir istəyim yoxdur ki, ən məhsuldar futbolçu olum. Sadəcə, vəziyyət belə gətirib. Çimərlik futboluna gəldikdə isə, futzalda necə çıxış etmişəmsə, burada çalışacam ki, daha artığını edim. Əsas olan kiminsə qol vurması yox, komandanın qələbə qazanmasıdır. 

- Necə düşünürsən, milliyə dəvət olunan yeni futbolçulardan nəsə gözləməyə dəyərmi?

- O haqda heç nə deyə bilmərəm. Çünki mən özüm də futbolçuyam və istəyərəm ki, komandaya yeni nəfəs, yeni ruh gəlsin ki, biz də daha həvəslə oynayaq.

Mərdan HƏSƏNOV





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right