"Məqsədimiz baxımlı oyun göstərib, qrupdan çıxmaqdır" Millimizin üzvü

Bu gün çimərlik futbolu üzrə milli komandamız seleksiya xarakterli təlim-məşq toplanışlarına start verib.

Newsport.az xəbər verir ki, “Su Hovuzu İdman Kompleksi”ndə məşqlərə start verən milli komandanın futbolçusu Asif Zeynalov əməkdaşımızın suallarını cavablandırıb:

- Qarşıda yarışlarımız var. Var gücümüzlə həmin yarışlara hazırlaşırıq. Yeni məşqçi də təyin olunub yığmaya, Zeynal müəllim. Onun rəhbərliyi altında məşqlərə çıxırıq. Çalışırıq ki, həm fiziki, həm də taktiki məşqlərə üstünlük verək. Hal-hazırda A Liqasındayıq və burada da zəif komanda yoxdur. Onun üçün də maksimum dərəcədə yaxşı hazırlaşırıq. Qarşımızda bir məqsəd var, bu da baxımlı oyun göstərib, qrupdan çıxmaq.

- Yaxın zamanlarda iclas keçirilidi. Oyunçular və rəhbərlik arasında. Həmin iclasda qarşınıza hər hansı bir məqsəd qoyuldumu?

- Əsas məqsəd, qarşıdakı Dünya Çempionatında yaxşı nəticə əldə etməkdir. Bunun üçün də komandaya yeni oyunçular cəlb olunub. İstəyirik yaxşı nəticələr əldə edib, ölkəmizin adını ucaldaq.

- B Liqasından fərqli olaraq, A Liqasında fiziki gücə o qədər də önəm verilmir. Bu, sizə hər hansı bir çətinlik yaratmayacaq ki?

- Düzdür, çətinlik olacaq. A Liqasında vəziyyət bir qədər fərqlidir. Texnikaya daha çox üstünlük verilir. Elə bunun üçün də baş məşqçi Zeynal Zeynalov əsas üstünlüyü texnikaya verir. Çünki elə stiuasialar olur ki, orada texnika olmasa, rəqibdən geri qalırsan.

- Futzal ilə çimərlik futbolunda nə kimi fərq var? 

- Futzalda oynayarkən ayrı, çimərlik futbolunda isə digər əzələlər çalışır. Fikrimcə, çimərlik futbolundan çıxıb, futzalda oynamaq daha rahatdır. Düzdür, bəzən olur ki, əzələlərimizi dartırıq, ancaq çalışırıq ki, belə hallar çox az yaşansın.

Mərdan HƏSƏNOV





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right